AZ GETMƏK, ÜZ GETMƏK, DƏRƏ-TƏPƏ, DÜZ GETMƏK

çox yol qət etmək, dağlar-təpələr aşmaq.

AZ AŞIN DUZU DEYİL
AZAD NƏFƏS ALMAQ
OBASTAN VİKİ
Dərə
Vadi və ya dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Dərə başlıca olaraq axar suların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir. Bəzən torpaq sürüşməsi və zəlzələ nəticəsində də yaranır. Dərənin əsas morfoloji hissəsi onun dibi, ətəkləri və yamaclarıdır. Dərənin dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi isə çaybasar adlanır. Dərənin dibi ilə yamaclarının birləşdiyi yer dərənin ətəyi, ətəkləri ilə suayrıcılar arasındakı hissələri isə dərənin yamacları adlanır. Dərənin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq ola bilər.Qobu - yarğanın inkişafının son mərhələsində yaranan, dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.
.az
.az — Azərbaycanın internet kodudur. .az Azərbaycan Respublikası üçün yüksək səviyyəli milli domen. Azərbaycanda qeydiyyatdan keçmiş e-poçt, yaxud veb-ünvanı göstərən suffiksdir. 2023-cü ilin iyul ayının statistik məlumatına əsasən 41971 sayt qeydiyyatdan keçib. Onlardan 39263-ü ".az" domen zonasında, 1477 sayt ".com.az" domen zonasında qeydiyyatdan keçib. ".edu.az" domeni 581 saytla populyarlığa görə üçüncü yeri tutur. 2017-ci ilin aprel ayının statistik məlumatlarına əsasən dünya üzrə fəal domen adlarının sayı 143 857 563-ə çatıb, ".com" domen zonasında 128 676 761, ".net"-də 15 180 802 domen adı qeydiyyatdan keçib. == Tarixi == Domen 1993-cü ilin 23 avqustunda daxil edilib, rəsmi olaraq fəaliyyətə isə 25 avqustdan başlayıb. Azərbaycan Respublikasında yerləşən, yaxud onunla əlaqəli olan obyektlər üçün istifadə olunur. 2-ci səviyyəli, yaxud bu səviyyəli bəzi domenlərin altında 3-cü səviyyəli domenlərin qeydiyyatı mümkündür.
AZ
Azərbaycan
Təpə
Təpə — dağdan kiçik olan yüksəlmiş ucalıqlara deyilir. Təpə bir nisbi addır və bir ucalıği dağ və ya təpə adlandırmaq, yerdən yerə fərqlidir. Təpə hündürlüyü 200 metrə qədər olan yüksəkliklərə deyilir. Bir çox şəhərlər təpələr üzərində salınmışlar.
Üz siniri
== İstinadlar ==
Ağ düz
Ağdüz və ya Ağduz;
Düz Bilici
Düz Bilici — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi vaxtilə Quba xanı Fətəli xanın Qarabağdan köçürüb gətirdiyi kəngərlilərin bilici tayfasının məskunlaşdığı kəndlərdəndir. Kənd düzənlik sahədə yerləşdiyindən və eyniadlı digər kənd (Dağ Bilici) adından fərqləndirmək üçün belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Dəvəçi çayının sahilində, Yan silsiləsinin (Böyük Qafqaz) ətəyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 270 nəfər təşkil edir.
Düz Cırdaxan
Düz Cırdaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Cırdaxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Düz Cırdaxan kənd inzibati ərazi dairəsi tərkibindəki Düz Cırdaxan kəndinin ərazisindən 28,5 ha (bundan dövlət mülkiyyətində olan 0,53 ha, bələdiyyə mülkiyyətində olan 5,94 ha və xüsusi mülkiyyətdə olan 22,03 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Rayonun ərazisində Cırdaxan adlı iki kəndi fərqləndirmək üçün Əsrikçayın sahilindəki kənd Əsrik Cırdaxan, düzənlikdəki kənd isə Düz Cırdaxan adlandırılmışdır.Kəndin tarixi monqollar dövrünə gedib çıxır. Cənubi Qafqaz ərazisi 110 noyon arasında bölüsdürüləndə Şəmkir Mular noyona, Tovuzun bəzi hissələri isə Cırda xana düşmüşdür. Sonralar isə kənd elə Cırdaxan deyə adlandırılıb. Bir neçə kəndin adı Cırdaxan olduğundan kəndin adı Düz Cırdaxan olaraq dəyisdirilib. Çünki yollar buradan düz keçirmiş. == Tarixi == Kəndin tarixi monqollar dövrünə gedib çıxır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Düz Qıraqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Düz Qırıqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Düz Rəsullu
Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənddir. Düz Rәsullu inzibati әrazi dairəsinin mərkəzidir. Düz Rәsullu inzibati әrazi dairəsinə Düz Rәsullu, Gәrmәşöylü, Göyәmli, Hüseynqulular, Rәhimli, Tәkyemişan kəndlәri daxildir. Düz Rəsullu Gədəbəyin mәrkәzindәn 43 km şimal-qərbindә, Murğuz dağ silsilәsinin şimali.Şərq әtәyindәdir. Әhalisi 2011-ci il məlumatlna görə 509 nəfərdir. Kənd sakinləri heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Kənddə tam orta mәktәb, musiqi mәktәbi, kitabxana, tibb mәntәqәsi, mәdәniyyәt evi, poçt, ATS var. == Tarixi == Düz Rəsullu kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə Düz Rəsullu kəndinin 300 ildən çox qədim tarixi var. Kəndin əsasını Qazax rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş Rəsul adlı şəxs salıb.
Düz ağəsmə
Düz ağəsmə (lat. Clematis recta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Düz bağırsaq
Düz bağırsaq - lat. rectum; yun. proktos yoğun bağırsağın axırıncı hissəsini təşkil edərək lat. articulatio sacroiliaca sinistra — sol oma-qalça oynağı bərabərində S-ə bənzər bağırsaqdan başlayır və aralıqda lat. anus adlanan dəlik vasitəsilə xaricə açılır. Bu dəlik olan hissə 2,5-3 sm uzunluğunda, dairəsi isə 5-9 sm olub və anus kanalı — lat. canalis analis adlanır. Düz bağırsağın uzunluğu 15-20 sm olub kiçik çanaqda omanın ön səthində, kişilərdə sidikliyin, toxum kisəciyinin və prostat vəzinin arxasında və qadınlarda isə uşaqlıq ilə uşaqlıq yolunun arxasında yerləşmişdir. Düz bağırsaq sagital istiqamətdə iki: çıxıq tərəfi arxaya baxan oma əyriliyinə — lat. flexura sacralis, önə baxan aralıq əyriliyinə — lat.
Düz bucaq
Düz bucaq — dərəcə ölçüsü 90°, yaxud π / 2 {\displaystyle \pi /2} radian olan bucağa deyilir. Düz bucağın müxtəlif vahidlərdə ölçüsü: 90° π / 2 {\displaystyle \pi /2} radian 100 qrad 1/4 dövrə və ya tam bucaq 5400 bucaq dəqiqəsi 324000 bucaq saniyəsiBir və ya bir neçə bucağı düz olan həndəsi fiqurlar: Düzbucaqlı üçbucaq — bir bucağı düz bucaq olan üçbucaq. Düzbucaqlı — bütün bucaqları düz bucaq olan paraleloqram. Kvadrat — bütün tərəfləri bərabər olan düzbucaqlı və ya bütün bucaqları düz bucaq olan romb. Düzbucaqlı trapesiya — bir bucağı düz bucaq olan trapesiya.
Düz mühərrik
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
Düz papaq
Düz papaq (ing. Flat cap) — qarşısında kiçik sərt kənarlı yuvarlaq papaq. Papaq Şotlandiyada bannet (ing. bunnet), Uelsdə day kep (ing. Dai cap), İrlandiyada paddi kep (ing. paddy cap), Yeni Zelandiyada çiz-katter (ing. cheese-cutter, ABŞ-də drayvinq kep (ing. driving cap) və Rusiyada kepka (rus. кепка) kimi tanınır. Papaq adətən pambıq, yun və tviddən hazırlanır.
Düz radiasiya
== Radiasiya == Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır.Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. == Düz radiasiya == Düz radiasiya paralel şüa toplusu şəklində günəş diskindən birbaşa yer səthinə daxil olan radiasiyaya deyilir.
Düz xətt
Düz xətt — həndəsənin əsas elementlərindən biridir. Həndəsənin sistematik təsviri zamanı düz xətt yalnız birbaşa olmayan şəkildə aksiomalarla təsbit edilir. Düz xəttin aşağıdakı xassələri vardır: İki üst-üstə düşməyən nöqtədən yalnız bir düz xətt keçirmək olar. Müstəvi üzərində üst-üstə düşməyən iki düz xətt ya bir nöqtədə kəsişir, ya da paraleldir.Üçölçülü fəzada iki düz xəttin qarşılıqlı vəziyyətini təsvir etmək üçün 4 variant mövcuddur: düz xətlər paralleldirlər; düz xətlər kəsişirlər; düz xətlər perpendikulyardırlar. düz xətlər çarpazdır. Dekart koordinat sistemində düz xətti birdərcəli tənliklə ifadə etmək olur. == Kəsişən düz xətlər == Müstəvi üzərində iki müxtəlif düz xəttin bir ortaq nöqtəsi olarsa, onda deyirlər ki, bu düz xətlər kəsişir. == Paralel düz xətlər == Bir müstəvi üzərində üst-üstə düşməyən və kəsişməyən düz xətlər paralel düz xəttlər adlanır. == Çarpaz düz xətlər == Fəzada paralel olmayan və kəsişməyən iki düz xətt çarpaz düz xətlər adlanır. == Düz xətt tənlikləri == === Düz xəttin bucaq əmsalı tənliyi === OX oxuna perpendikulyar olmayan hər hansı düz xəttin verilməsini fərz edək.
Düz çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.
Antesedent dərə
Antesedent dərə (rus. антецедентная долина, ing. antecedent valley) — qalxmaqda olan və dərənin özünə görə cavan dağ silsiləsini, yaxud yüksəkliyi uzanmna istiqamətinə köndələn kəsən dərə. Antesedent dərənin əmələ gəlməsi o zaman mümkündür ki, çay istiqamətini dəyişmədən qalxmanı kəsməyə dərə hər iki tərəfi açıq dar dərə görkəminə malikdir.
Asılı dərə
Asılı dərə - 1) dibi əsas dərənin dibi ilə bir səviyyədə birləməyib, ondan bir qədər yüksəkdə qurtaran, yan dərə; 2) dənizin sıldırımlı sahilində dəniz səviyyəsindən bir qədər yüksəkdə birdən qurtaran dərə. Dənizin abrazisiyaı nəticəsində yaranır.
Dərə (Basarkeçər)
Pəmbək— İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər rayonunda kənd. == Tarixi == Pəmbək rayon mərkəzindən 22 km şimal-şərqdə yerləşir. Həmin ərazi vaxtilə Səmədağaya mənsub olmuş və burada salınan kənd «Səmədağa Dərəsi» adlandırılmışdır. Sovet hakimiyyəti dövründə kəndin adındakı birinci komponent «Səmədağa» ixtisar edilmiş və kənd Dərə kəndi kimi rəsmi sənədlərdə sabitləşmişdir. Toponim Azərbaycan dilində «iki dağ arasında, eləcə də düzənlikdə uzun dərin çuxur» mənasında işlənən dərə sözü (10, s.74) əsasında yaranmışdır. Kənd dərədə yerləşdiyi üçün Dərə kəndi adlandırılmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Kəndin adı dəyişdirilib Daranak qoyulmuşdur. == Coğrafiyası və iqlimi == Səməd ağa dərəsi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonu ərazisində kənd olmuşdur.
Dərə (dəqiqləşdirmə)
Dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir.Yaşayış məntəqələri Dərə (Basarkeçər) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Dərə Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd.
Dərə Gilətağ
Dərə Gilətağ – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Tarixi == Dərə Gilətağ kəndi Bərgüşad silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1918-ci ildə Böyük Gilətağ kəndindən çıxmış ailələr salmışlar. Oykonim dərə (çökək) və Gilətağ (kənd adı) komponentlərindən düzəlib, "dərədə yerləşən Gilətağ kəndi" mənasındadır. Toponimin birinci komponenti onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək məqsədilə əlavə edilmişdir.
Dərə Səbz
Dərə Səbz (fars. دره سبز‎; azərb. Qurd Dəliyi‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 40 ailədə 57 nəfəri kişilər və 69 nəfəri qadınlar olmaqla cəmi 126 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.